Elxan Məmmədovla Berti Foqts püşkatmaya yollanırlar
28.07.2011 - 10:36
Elxan Məmmədovla Berti Foqts püşkatmaya yollanırlar
İyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində 2014-cü il dünya çempionatının püşkatması keçiriləcək. Apasport.az saytının xəbərinə görə, ölkəmizi bu mərasimdə təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib. Püşkatmaya milli komandanın baş məşqçisi Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov da yollanacaq.