Yığmamıza rəqibləri Ronaldo seçəcək
28.07.2011 - 11:00
Azərbaycan yığmasının 2014-cü ildə dünya çempionatının seçmə mərhələsində taleyini Ronaldo müəyyənləşdirəcək. Apasport.az saytının məlumatına görə, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək püşk zamanı Avropa zonasından səbətdən şarları “Yekədiş” ləqəbi ilə tanınan 35 yaşlı hücumçu və “Flamenqo” klubunun 16 yaşlı yarımmüdafiəçisi Adrian çıxaracaq.
Tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və püşkatma 30 dəqiqə çəkəcək.
Avropada 53 yığma 9 qrupa bölünəcək. Milli komandamız FİFA-nın son reytinqinə görə V səbətdə yer alıb. Seçmə mərhələ gələn ilin sentyabrın 7-də start götürəcək və 2013-cü ilin noyabrın 19-da yekunlaşacaq. Braziliyada final mərhələsi 2014-cü ildə iyunun 12-dən iyulun 13-dək keçiriləcək.
Qeyd edək ki, Braziliya millisinin heyətində 2 dəfə dünya çempionu olan, karyerasında çoxlu mükafatlar qazanan Ronaldo dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçu kimi rekordçudur.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0