Superliqanın 2 klubu aşağı dəstəyə göndərildi
28.07.2011 - 11:59
Yunanıstan Superliqası rəhbərliyinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, qurum danışılmış oyunlarda iştirakda ittiham olunan “Kavala” və Voloa “Olimpiakos”u ilə bağlı məsələyə baxıb.
16 saat davam edən iclasda hər 2 komandanın –aşağı dəstəyə göndərilməsinə qərar verilib. Bundan başqa klublar hərəyə 300 min avro cərimə də ödəməli olacaq. Klub prezidentləri – müvafiq olaraq Makis Psomiadis və Axilleas Beo 90 min avro cərimə olunmaqla yanaşı, ömürlük futbol fəaliyyətindən kənarlaşdırıblar. Superliqanı tərk etməli olan “Larisa” ilə “Panserraikos” isə elitada saxlanılıb.
Qeyd edək ki, ağır cəzaya məruz qalan “Olimpiakos” bu gün Avroliqanın III təsnifat mərhələsinin oyununa çıxacaq.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0