Respublika stadionu koreyalılara tapşırıldı
28.07.2011 - 12:53
Tofiq Bəhramov adına Respublika stadionunda təmir və yenidənqurma işləri ilə cənubi koreyalılar məşğul olacaqlar. Bu barədə apasport.az saytına arenanın direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, koreyalılar həftənin sonlarında Azərbaycanda olacaq: "Onlar gənclər və idman naziri Azad Rəhimovun qəbulunda olublar. Nazir planları onlara çadırıb. Koreyalılar bu işin öhdəsindən gələ biləcəklərini deyiblər”.
Xatırladaq ki, mərkəzi arenanın əsaslı təmiri üçün dövlət başçısı İlham Əliyev 10 milyon manat ayırıb. İsmayılov bildirib ki, bu məbləği tam səmərəli işlərə xərcləyəcəklər: "Koreyalılar torpağın dözümlülüyünü ölçüblər. Çünki biz arenanın üstünü bağlamağı planlaşdırmışıq. Onlar sütunların ağırlığını torpağın dözümlülüyünə görə quraşdıracaqlar. 3-4 günə Azərbaycana gələcəklər. Stadionda əməli işlərin həyata keçirilməsi məhz bundan sonra bəlli olacaq".
Qeyd edək ki, Respublika stadionundakı tablo da koreyalılar tərəfindən quraşdırılıb.

0
0