Azərbaycanın vitse-çempionu Berti Foqtsla görüşəcək
28.07.2011 - 13:05
Azərbaycanın vitse-çempionu Berti Foqtsla görüşəcək
Azərbaycanın vitse-çempionu İon Testemitsianu Braziliyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə “İnter”in heyətində Premyer Liqamızın gümüş medalını qazanan 37 yaşlı moldovalı yarımmüdafiəçi ölkəsini iyulun 30-da Rio-de-Janeyroda keçiriləcək 2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkatmasında təmsil edəcək.

Moldova yığmasının rumıniyalı baş məşqçisi Qabi Balint tədbirə qatılmayacaq və onu köməkçisi Testemitsianu əvəzləyəcək.

Testemitsianu ilə birgə Moldova Futbol Federasiyasının prezidenti, millidə komanda yoldaşı olmuş Radu Rebeja da püşkatmada iştirak edəcək. İon Rio-de-Janeyroda ölkəmizdən yaxşı tanıdığı milli komandanın almaniyalı baş məşqçisi Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək imkanı qazanacaq.

Qeyd edək ki, Moldova yığması da Azərbaycan kimi V səbətə düşdüyündən, onlar bir qrupa düşə bilməzlər.