Şahin Diniyevin həyata keçməyən arzusunun əsl səbəbi
28.07.2011 - 23:08
Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevin İranın "Rah-Ahan" klubunun baş məşqçisi olmamasının əsl səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Diniyev bu barədə ilk dəfə konkret danışıb.
Diniyev əməkdaşımızla söhbətində bildirib ki, İran səfəri yeni sponsorun fikrindən daşınmasına görə alınmayıb: "Mənimlə danışıqlar kifayət qədər ciddi idi. Həmin şəxs komandanın səhmlərinə sahib çıxmalı və mən də həmin dəqiqə baş məşqçi təyin olunmalıydım. Lakin o, fikrindən daşındı və mənə dedi ki, sən də İrana gələsi olmayacaqsan"
Rusiyanın "Terek" klubundan ayrıldıqdan sonra işsiz qalan Diniyevin sözlərinə görə hazırda heç bir yerdən dəvət almayıb: "Mənimlə maraqlanan yoxdur. Azərbaycanda işləmək olduqca çətindir. Bizimkilər indi ancaq əcnəbilərə bel bağlayırlar".
Qeyd edək ki, "Rah Ahan" artıq yeni baş məşqçisini müəyyənləşdirib. Komandanı əslən azərbaycanlı mütəxəssis Əli Daei çalışdıracaq.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0