“Xəzər Lənkəran” – “Neftçi” derbisində ənənə pozulmur
28.07.2011 - 19:47
“Xəzər Lənkəran” – “Neftçi” derbisində ənənə pozulmur
“Xəzər Lənkəran” və “Neftçi” klublarının Azərbaycan milli çempionatındakı görüşlərində ənənə davam edəcək. Apasport.az saytının hesablamalarına görə, 2004-cü ildən keçirilən bu derbidə növbəti mövsümdə də öncə Lənkəran təmsilçisi meydan sahibi olacaq. Bu tendensiyanın ən azı 1 il də qırılmayacağı Premyer Liqanın növbəti (2011/12) mövsümünün təqvimi bu gün açıqlanandan sonra məlum oldu.

Artıq 7 ildir keçirilərək, hər mövsümün “şah oyunu” sayılan “Xəzər Lənkəran” – “Neftçi” derbisində həmişə püşk birincilərin öncə evdə oynayacağını göstərib. Bu dəfə “Böyük oyun”un iştirakçıları çempionatın əvvəlində, artıq V turda – sentyabrın 11-də görüşəcəklər.

Yeri gəlmişkən, bu, “Xəzər Lənkəran” - “Neftçi” derbisinin tarixində erkən görüşü deyil. Prinsipial rəqiblərin ən erkən dueli 2006/07 mövsümündə olub. Onda da oyun Lənkəran mərkəzi şəhər stadionunda keçirilmiş və meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Bu, “Xəzər Lənkəran”ın “Neftçi” üzərində ilk qələbəsi kimi tarixə düşdü və bunun üçün 5 oyun gözləmək lazım gəldi. 2006-cı ilin avqustun 11-də II turda keçirilən həmin görüşdə “Xəzər Lənkəran”ın stadionunun rəsmi açılışı oldu və bunda ölkə prezidenti İlham Əliyev iştirak etdi.

Cənub klubu “Neftçi”ni indiyə kimi öz arenası ilə yanaşı, Lənkəranda Olimpiya İdman Kompleksinin və Cəlilabaddakı şəhər stadionunda qəbul edib. “Böyük oyun”da ilk görüş məhz Cəlilabadda olub ki, onda “Xəzər Lənkəran”ın doğma stadionunda tikinti işləri gedirdi. “Neftçi” isə rəqibini daha çox Tofiq Bəhramov adına Respublika, 1 dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edib.

“Böyük oyun”un iştirakçılarının növbəti mövsümdə 2-ci görüşü II dövrənin startında olacaq. Komandalar indiyə kimi V turda olduğu kimi, XII turda və sentyabrın 11-i ilə noyabrın 6-sı tarixlərində ilk dəfə görüşəcəklər. Təbii ki, “Neftçi” ilə “Xəzər Lənkəran” yalnız təsnifat yox, final mərhələsində də üzləşəcəklər və bunun ilk “altılıq”da olacağı şübhə doğurmur. Sadəcə, həmin 2 oyunun gələn il hansı tarixlərdə, turlarda olacağı ilk mərhələdən sonra bilinəcək. Çünki final mərhələsinin təqvimi komandaların mövsümün ilk yarısından sonra turnir cədvəlindəki yerlərinə uyğun müəyyənləşəcək.

Qeyd edək ki, “Neftçi” ilə “Xəzər Lənkəran”ın görüşündə ilk meydan sahibi ilə bağlı ənənə yalnız ölkə kubokunda pozulub. Komandalar bu turnirdə ilk olaraq ötən mövsüm görüşdülər və onda bakılılar öncə rəqibini qəbul etdi.


“Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən bütün oyunlar

2004/05 mövsümü
XIV tur
8 dekabr
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

XXXI tur
11 may
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”
10 iyun
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov


2005/06 mövsümü
XIII tur
18 dekabr
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

XXXVI tur
30 may
“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov


2006/07 mövsümü
II tur
11 avqust
“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

XV tur
16 fevral
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets


2007/08 mövsümü
XI tur
10 noyabr
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

XXIV tur
11 may
“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev


2008/09 mövsümü
VIII tur
19 noyabr
“Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

XXI tur
12 aprel
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun



2009/10 mövsümü
İlkin mərhələ
X tur
8 noyabr
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

XXI tur
17 fevral
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
XXV tur
27 mart
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

XXX tur
1 may
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0


2010/11 mövsümü
Təsnifat mərhələsi
VII tur
25 sentyabr
“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

XX tur
13 fevral
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
XXIV tur
18 mart
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Rodriqinyo

Ölkə kuboku, ¼ final mərhələsi
İlk oyun
3 mart
“Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavinyo (2), Slavço Georgiyevski – Uinston Parks, Maneul Skarlatake, Julius Vobay, Andrey Mureşan

Cavab görüşü
8 mart
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Flavinyo

XXXII tur
18 may
“Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev – Julius Vobay


2011/12 mövsümü
V tur
11 sentyabr
“Xəzər Lənkəran” – “Neftçi”

XII tur
6 noyabr
“Neftçi” – “Xəzər Lənkəran”

Mehman SÜLEYMANOV