Ramimin dublu “Bakı”nı məğlubiyyətdən qurtardı
28.07.2011 - 21:47
Ramimin dublu “Bakı”nı məğlubiyyətdən qurtardı
“Bakı” bu gün Sloveniyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”ın rəqibi hazırlıq prosesini Kutaisi “Torpedo”su ilə görüşlə başa vurub.

Gürcüstanın 3 qat çempionu, 2 dəfə kubokunu qazanan komanda ilə oyunda qalib müəyyənləşməyib. Hesabı 55-ci dəqiqədə gürcülər açsalar da, Fabio Luis Ramim tarazlığı bərpa edib. Amma komandamızın qol sevinci çox çəkməyib. “Torpedo” tezliklə yenidən hesabda önə çıxıb. Ancaq Ramim sona 9 dəqiqə qalmış dubl etməklə, komandamızı məğlubiyyətdən qurtarıb.


“Bakı” – “Torpedo” - 2:2
Ramim, 68; 81 - Çikveladze, 55; Koçiridze, 70