“Barselona”da ilk azərbaycanlı - FOTO
28.07.2011 - 20:34
“Neftçi”nin yetirməsi Fəhmin Muradbəyli iyulun 31-dən avqustun 12-dək dünyanın ən güclü klublarından olan "Barselona"nın nəzdində keçiriləcək intensiv Yay Futbol Məktəbinin məşqlərində iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, Muradbəyli Kataloniya təmsilçisinin düşərgəsindəki məşqlərə qatılacaq yeganə azərbaycanlıdır.
Həmyerlimizin belə yüksək səviyyəli təlimə qatılmaq imkanı Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniyadakı səfirliyi ilə birgə əməkdaşlığının nəticəsində əldə olunub.
Həmyerlimizin belə yüksək səviyyəli təlimə qatılmaq imkanı Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniyadakı səfirliyi ilə birgə əməkdaşlığının nəticəsində əldə olunub.
0
0