Son görüş, son vida!?
28.07.2011 - 23:01
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik postundan ayrıla bilər. Apasport.az saytının xəbərinə görə, buna səbəb klub rəhbərliyi ilə rumıniyalı çalışdırıcının ortaq məxrəcə gələ bilməməyidir.
Bu səbəbdən tərəflər arasında bu gün növbəti görüş olacaq. Məhz bu görüşdən sonra da Rednikin “ağ-yaşıllar”da qalıb-qalmayacağı dəqiqləşəcək.
Rəhbərlik bütün şərait yaratdığı Rednikin postunda qalmasını istəyir. Ancaq bir şərtlə ki, komandanın heyətini tez-tez, özü də köklü şəkildə dəyişməsin.
Rumıniyalı mütəxəssisi isə narazı salan məhz budur. O, daha iddialı komanda yaratmaq üçün heyətin tez-tez dəyişilməsinin tərəfdarıdır.
Cənub təmsilçisinin heyətinə cəlb olunan yeni legionerlərin aqibətinə gəlincə, Rednik istefaya getsə belə, onlar komandada qalacaqlar. Amma həmin futbolçuların taleyini gələcək baş məşqçi müəyyənləşdirəcək.
Yeri gəlmişkən onu da qeyd edək ki, ölkə mətbuatında “ağ-yaşıllar”ın yeni transferlərinin maaşlarının verilmədiyi barədə xəbərlər yayılıb. Klubdan aldığımız məlumata görə, heyətə cəlb olunan yeni legionerlərlə müqavilə iyulun 1-dən qüvvədədir və təbii ki, ay tamam olmamış hansısa futbolçuya maaş verilmir.

0
0