Qurban Qurbanov: Oyun haqda çox danışmaq fikrim yoxdur
29.07.2011 - 00:50
Qurban Qurbanov: Oyun haqda çox danışmaq fikrim yoxdur
“Oyun haqda çox danışmaq fikrim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin Brüggedə eyniadlı komandaya 1:4 hesablı məğlubiyyətin ardınca təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, belə nəticə gözləmirmiş: “Belə hesabla uduzacağımızı fikirləşmirdik. Müəyyən problemlər var idi ki, bu da Rəşad Sadiqovun qardaşının vəfat etməsilə bağlıdır. Ardında Vüqar Nadirov matçın əvvəlində zədə alıb, əvəzləndi. Böyük hesabla uduzmağımıza baxmayaraq, futbolçulardan razı qaldım. Bakıda maraqlı futbolun şahidi olacağıq”.