“4-5 qol epizodları oldu, ondan da yararlandılar”
29.07.2011 - 01:34
“Hər iki hissənin əvvəlində qol buraxdıq. Amma buraxdığımız qollardan sonra bərabər oyun gedirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.
Ağdam təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Belçikada “Brügge”yə böyük hesabla uduzdu. Millimizin də üzvü olan Sadıqov oyundan sonra əməkdaşımızla söhbətində 1:4 hesablı yenilgi haqda fikirlərini açıqlayıb: “Komandamız əlindən gələni etdi. Fikrimcə, “Brügge” “Russenborq”dan da güclü komandadır. Dördüncü qolu avtoqol oldu. Rəqib futbolçu asma edən zaman top sinəmə dəyib qapıçının başının üstündə qapıya düşdü. İndi biz bu oyunu unudub, evdəki matça yaxşı hazırlaşmalıyıq”.
Rəşad bildirib ki, “Brügge” əlinə düşən imkanlardan maksimum yararlanıb: “4-5 qol epizodları oldu ki, bundan da yararlandılar. Deməzdim ki, bütün qollar 100 faizlik idi. Amma buna baxmayaraq, rəqib çox yaxşı komandadır”.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0