Argentina milli komandası üçün yeni baş məşqçi
29.07.2011 - 08:28
Argentina milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyası bu vəzifəyə Alexandro Sabellanı təyin edib. 56 yaşlı argentinalı mütəxəssis bunadək yerli “Estudiantes” klubunu çalışdırırdı. Sabella Amerika Kubokundakı uğursuzluqdan sonra istefaya göndərilən Serxio Batistanı əvəzləyib. Sonuncu millini 8 aydır – Dieqo Maradonanın DÇ-2010-dakı uğursuzluq nəticəsindəki istefasından sonra çalışdırırdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0