“İnter” Bakıya qələbəylə qayıdır
29.07.2011 - 08:33
Sloveniyada növbəti mövsümə hazırlığını davam etdirən "İnter" son yoxlama oyununu keçirib. Aapsport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Avstriyanın ikinci divizion təmsilçisi "Aufstellung VCV" komandasıyla yoxlama görüşündə qüvvəsini sınayıb. Əsasən gənc heyətlə meydana çıxan "İnter" 4:2 hesabıyla qalib gəlib. Bakılıların qollarını Nizami Hacıyev, Şəhriyar Rəhimov və Asif Mirili vurub. Komandanın 4-cü qolu avroqol olaraq qeydə alınıb. Rəqib komandasa hər iki qolu penaltidən vurdu.
Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində "İnter" 4 yoxlama görüşü keçirib. Türkiyə Super Liqasının təmsilçiləri "Bursaspor" və "Antalyaspor" komandalarıyla qarşılaşmalarda müvafiq olaraq 3:0 və 1:1 hesablarıyla meydandan ayrılan komandamız İngiltərə Premyer Liqasının debütantı "Suonsi" komandasına 3:1 hesabıyla məğlub olmuşdu.

0
0