“Qalatasaray” “Liverpul”u darmadağın etdi
29.07.2011 - 08:39
“Qalatasaray” İngiltərə “Liverpul” klubuna böyük hesabla qalib gəlib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” titullu rəqibini İstanbulda yoldaşlıq görüşündə darmadağın edib – 3:0. Komandanın çexiyalı hücumçusu Milan Baroş hələ ilk hissədə (9 və 44-cü dəqiqələr) dubl edib. Bununla da o, keçmiş komandasını cəzalandırıb. “Liverpul”a 3-cü qolu da ona tanış əcnəbi hücumçu vurub. Bu, İsveç milli komandasının futbolçusu Yohan Elmander olub ki, ucaboylu hücumçu bunadək oynadığı İngiltərənin “Bolton” klubunun heyətində Liverpul təmsilçisinə qarşı dəfələrlə çıxış edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0