“Hər 2 dəqiqədən 1 yerə uzanıb, vaxt öldürürdülər”
29.07.2011 - 11:00
“Hər 2 dəqiqədən 1 yerə uzanıb, vaxt öldürürdülər”
“Artıq “Qarabağ”la əyani tanış olduğumuzdan, cavab oyununda bizə rahat olacaq. Rəqibin necə futbol oynadığını bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun futbolçusu Vadis Odjidja deyib.

O, Avroliqanın III təsnifat mərhələsinin oyunundan sonra “Qarabağ” futbolçularının hərəkətlərindən narazı qalıb: “Rəqibə nə qədər hörmətlə yanaşsam da, deməliyəm ki, onlar vaxtı öldürməyə çalışır, hər 2 dəqiqədən 1 yerə uzanırdılar. Buna nə ad verəsən? Qapımıza qol vurulanda stadionu hüzn bürümüşdü. Lakin hər şey yaxşı qurtardı. Gələn həftə mərhələni keçəcəyik”.

“Brügge”nin digər futbolçusu Niki Zimlinq isə bildirib ki, 4:1 hesablı qələbə əla başlanğıcdır: “Cavab oyunundan nə gözləyirik? İlk növbədə qızmar isti. Elə havada oynamaq çətin olacaq. Ümumiyyətlə, 4:1 hesablı qələbə əla başlanğıcdır. İlk 15 dəqiqədə möhtəşəm oynayıb, rəqibi təzyiq altında saxladıq. Lakin qol buraxandan sonra çox məyus olduq. Azarkeşlərin dəstəyi ilə özümüzə gəlib 3-cü qolu vurduq”.

Qeyd edək ki, Belçikadakı oyunu 22213 tamaşaçı izləyib.