336 günlük seriya qırıldı
29.07.2011 - 11:18
“Qarabağ”ın avrokuboklarda 336 günlük məğlubiyyətsiz seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, Avroliqanın cari mövsümündə ilk dəfə uduzan Ağdam təmsilçisi sonuncu dəfə ötən ilin avqustun 26-da Dortmund “Borussiya”sına yenilmişdi – 0:1.
Həmin yenilgi turnirin son təsnifat mərhələsində Bakıdakı cavab görüşündə rəsmiləşmişdi. Qurban Qurbanovun çalışdırdığı komanda bu il qitə miqyasında ilk məğlubiyyəti Avroliqanın III təsnifat mərhələsində iyulun 28-də Belçikanın “Brügge” klubu ilə ilk səfər oyununda böyük hesablı oldu (1:4). Bu, Qurbanovun 2-ci böyük hesablı məğlubiyyəti olsa da, ən ağır yenilgisi deyil.
Ağdam klubu 2008-ci ilin avqustundan baş məşqçisi olan Qurbanovun rəhbərliyi altında Avropada 19 oyun keçirib. Bunun hamısı Avroliqada olub və komandamız 3 ildə 4 dəfə uduzub. “Brügge”yə kimi Hollandiyanın “Tvente” klubu evdə (3:1) və “Borussiya” hər 2 görüşdə (evdə 4:0, səfərdə 1:0) ağdamlıları yenib. Bunların hamısı son təsnifat mərhələsində olduğundan, “Qarabağ” bunadək ilk dəfə uduzdu. Özü də komandamız Avroliqada arxada qalan 2 mövsümdə III təsnifat mərhələsində hər 4 oyunda qalib gəlmişdi. Bu, Finlandiyanın “Honka” (səfərdə 1:0, evdə 2:1) və Polşanın “Visla” (Krakov, səfərdə 1:0, evdə 3:2) klubu ilə görüşlərdə reallaşıb.
Ümumilikdə, “Qarabağ”ın 39 yaşlı çalışdırıcısı avrokuboklarda 21 oyun keçirib. Qurbanov debütündə “Neftçi”nin baş məşqçisi olub və 2007-ci ildə UEFA kubokunda Avstriyanın “Rid” klubu ilə görüşüb. Səfər oyununda 1:3 hesabı ilə uduzan komandamız Bakıda lazımı nəticə ilə qalib gələ bilmədiyindən (2:1), mərhələ adlamadı.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi avrokuboklarda 10 qələbə qazanıb, 6 heç-heçə edib, 5 dəfə uduzub.
Mehman SÜLEYMANOV

0
0