Kapitan milli komandamızın hazırlığına qatılmır
29.07.2011 - 11:29
“İnter”in kapitanı Vladimir Levin Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, milliləşdirilən ukraynalı müdafiəçi zədəli olduğu üçün komandamızın avqustun 1-dən 4-dək Bakıdakı hazırlıq prosesinə qatıla bilməyəcək. Levin “İnter”in Sloveniyadakı təlim-məşq toplanışında zədələnib.
Qeyd edək ki, millimizin almaniyalı baş məşqçisi Berti Foqts Makedoniya yığması ilə avqustun 10-da Bakıdakı yoldaşlıq görüşü öncəsi toplanışa 24 futbolçu çağırmışdı.
Qeyd edək ki, millimizin almaniyalı baş məşqçisi Berti Foqts Makedoniya yığması ilə avqustun 10-da Bakıdakı yoldaşlıq görüşü öncəsi toplanışa 24 futbolçu çağırmışdı.
0
0