“Qarabağ” 9-a çatdı, “izləyicilərindən” uzaqlaşdı
29.07.2011 - 13:06
Avroliqanın III təsnifat mərhələsində Belçika “Brügge”sinə 1:4 hesabı ilə uduzan “Qarabağ” avrokuboklardakı antirekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, ağdamlılar qitə arenasında 9-cu dəfə böyük hesabla uduzaraq özlərinə məxsus olan Azərbaycan antirekordunun bu həddə çatdırıb.
İlk dəfə 14 il əvvəl Çexiyada darmadağın olan təmsilçimiz 6 dəfə səfər, 3 dəfə evdə acınacaqlı yenilgi yaşayıb. Lakin 1 məqam qeyd olunmalıdır ki, bu məğlubiyyətlərdən 3-ü “Böyük beşlik”, 1-i “İkinci eşelon” təmsilçilərindən alınıb.
23.07.1997 “Yablonets” (Çexiya) – 0:5 (s)
30.07.1997 “Yablonets” (Çexiya) – 0:3 (e)
13.08.1998 “Kopenhagen” (Danimarka) – 0:6 (s)
27.08.1998 “Kopenhagen” (Danimarka) – 0:4 (e)
04.07.1999 “Monpelye” (Fransa) – 0:3 (e)
11.07.1999 “Monpelye” (Fransa) – 0:6 (s)
15.07.2004 “Dukla” (Slovakiya) – 0:3 (s)
19.08.2010 “Borussiya” (D, Almaniya) – 0:4 (s)
28.07.2011 “Brügge” (Belçika) – 1:4 (s)
9 dəfə belə məğlub olan “Qarabağ”la yanaşı daha 9 komandamız acı anlar yaşayıb. “Neftçi” 5, “Kəpəz” 4, “Şəmkir” 3, “Bakı” ilə “Şəfa” hərəyə 2, “Xəzər Lənkəran”, “Simurq”, “İnter”, “Viləş”, “Turan” və “Xəzri” hərəsi 1 dəfə böyük hesabla uduzub.

0
0