Yunis Hüseynov: 1 gündə 2 komandaya necə təyinat ala bilərəm?
29.07.2011 - 13:14
“Jurnalistlər bu gün məni 2 komandanın baş məşqçisi olmağımla bağlı təbrik ediblər. Əvvəl zəng edib “Neftçi”nin, yarım saat sonra “Xəzər Lənkəran”ın çalışdırıcısı olmağımı deyiblər. 1 gündə 2 komandaya necə təyinat ala bilərəm?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Son 1 ildə işsiz olan 46 yaşlı çalışdırıcının “Neftçi”yə gəlişi real görünür. Hər halda, Hüseynov futbolçu karyerasının böyük hissəsini, ən yaxşı illərini məhz bu komandada keçirib. Keçmiş yarımmüdafiəçi kapitanı olduğu “Neftçi”nin heyətində çempionluq, kubok və Superkubok qazanıb.
Hazırkı baş məşqçi Arif Əsədovu istefaya göndərməyə hazırlaşan “Neftçi”nin Hüseynovun xidmətində maraqlı ola bilər. Hər halda, o, UEFA kubokunda mərhələ keçən ilk çalışdırıcımız kimi adını futbol tariximizə yazdırıb.
Ancaq zəngimizi gülüşlə qarşılayan Hüseynov həmişə olduğu kimi, zarafatından da qalmadı: “Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Mənə bu gün səhərdən zənglər, təbriklər gəlir. Vallah elə bir şey yoxdur. Canım üçün bu gün evdən heç yerə çıxmamışam, heç kimlə görüşüm, danışığım olmayıb. Təklif alsaydım, danışıq aparsaydım, gizlətməzdim”.
Mehman SÜLEYMANOV

0
0