Azərbaycanda heyrətlər yaradan insan danışdı
07.08.2011 - 23:01
Qəbələ şəhər stadionun direktoru Filip Şarplzın apasport.az saytına müsahibəsi
- Nə vaxtdan Qəbələ stadionunda çalışırsınız?
- Ötən ilin oktyabr ayından Qəbələdəyəm. Məqsədimiz burda təbii örtüklü meydançalar inşa etmək idi. Yəni, bu gün stadionda istifadə etdiyimiz bütün avadanlıqlar, eləcə də drenaj sistemi, otun toxumu Avropa ölkələrindən gətirilib. Əvvəlcə torpağın tərkibi öyrənildi, bura hansı toxumun səpiləcəyi müəyyənləşdirildi. Çünki klub rəhbərliyi qarşımda şərt qoymuşdu. Onlar İngiltərə Premyer Liqası səviyyəsində olan meydançalar istəyirlər. Bundan sonra lazım olan avadanlıqlar “Qəbələ” klubu tərəfindən alındı və bura gəldim. Əlbəttə, burda yüksək səviyyəli ot örtüyünü saxlamaq, idarə etmək çox çətindir. Çünki Azərbaycanda, xüsusilə də Qəbələdə qış soyuq, yay isə çox isti keçir. Buna görə də müəyyən çətinlik var. Aydın olur ki, sizdə ot örtüklü meydançalar niyə yüksək səviyyədə deyil. Ona görə ki, hava şəraiti əlverişli deyil.
- Təbii örtüklü meydançaların salınması ilə çoxdandır məşğul olursunuz?
- 20 il öncə bu sahə üzrə təhsil almışam. İş təcrübəm də kifayət qədərdir. Bu gün Qəbələdə saldığımız meydançaların qazonu İngiltərədəki əksər klublarınkından yaxşıdır. Təbii ki, buna nail olmaqda klubun da əməyi az deyil. Onlar mənə lazım olan avadanlıqları alıblar, normal işləməyim üçün şərait yaradıblar.
- Əsas meydançanın ot örtüyündə müəyyən problemlərin olduğunu gördük. Bunun səbəbi nədir?
- Meydançaya toxum səpildikdən sonra təbiətin şıltaqlığı ilə qarşılaşdıq. Güclü yağış yağdı. Nəticədə su toxumu bir yerə topladı və rütubət – “petium” adlanan ağır xəstəliyin əmələ gəlməsinə səbəb oldu. Biz üç həftə ərzində bunu aradan qaldıracağıq. Hazırda çalışmalarımız davam edir. Əsas meydança bir müddət sonra istifadəyə tam yararlı olacaq.
- Məşq meydançalarını biz də gəzdik. Sözün həqiqi mənasında əladır. Necə düşünürsünüz, onları bu səviyyədə saxlamaq mümkün olacaqmı?
- Burda daimi deyiləm. Hazırda mənimlə birlikdə Qəbələdən olan 4 nəfər də çalışır. Onlar həm kömək edir, həm də təbii ot yetişdirilməsi işini intensiv şəkildə öyrənirlər və idman meydançalarının hazırlanması üçün zəruri biliklərə yiyələnirlər.
- Təbii ot örtüyü salınarkən, əsasən nəyə diqqət yetirilməlidir?
- Ən vacibi torpağın keyfiyyətinə diqqət yetirməlidir. Bundan başqa, ot örtüyü salınarkən, iqlim baxımından buranın isti və ya soyuq zonada yerləşdiyini müəyyənləşdirməliyik. Qəbələdə saldığımız ot örtüyü soyuğa davamlıdır. Çünki Qəbələ dəniz səviyyəsindən çox yüksəklikdə yerləşir. Qulluqdan da çox şey asılıdır. Yəni düzgün suvarılmasa, kübrələnməsə meydança korlana bilər.
- Son vaxtlar Azərbaycanda süni meydançaların sayı durmadan artır. Ot örtüklü meydançaları saxlamaq bu qədər çətindir?
- Əlbəttə, təbii ot saxlamaq çox çətindir. Biz həftənin bütün günü meydançalarda oluruq. Yəni gün ərzində ən azı 10 saat sahələrdə işləyirik. Əminliklə deyə bilərəm ki, Qəbələdə saldığımız meydançalar uzunömürlüdürlər. Çünki hər gün yeni toxum səpilir, ota yüksək səviyyədə qulluq edilir. Meydançalara xüsusi diqqət və qayğı ilə yanaşırıq. Ən əsas gərək bu cür meydançaların qədrini bilək.
- Məşq meydançası ilə oyun keçirilən sahənin qulluğunda çoxmu fərq var?
- Elə də böyük fərq yoxdur. Əsas amil məşq meydançasının daha çox yüklənməsidir. Çünki oyun sahəsində məşq keçirilmir. Bu da idarəetmədə müəyyən fərqlər yaradır.
- İndiyədək hansı stadionların ot örtüyünün salınmasında yaxından iştirak etmisiniz?
- Uelsdəki “Millenium” stadionunun ot örtüyü rəhbərliyim altında salınıb. Əsasən qolf meydançalarının salınmasında iştirak etmişəm. ABŞ-da 3 il qol meydançalarının hazırlanması kurslarına qatılmışam. 10 il İngiltərədə ot yetişdirilməsi barədə dərs demişəm. Ümumiyyətlə, 20 ildir bu sahədə çalışıram. Bundan başqa, İngiltərənin “Kristal Palec” klubunun stadionunun ot örtüyünü biz salmışıq. Bu sahə üzrə iki kitabım çıxıb.
- Sizcə, Azərbaycanda təbii ot örtüklü meydançanın saxlanılmasına bir il ərzində nə qədər pul xərclənir?
- Belə deyək də, onsuz da süni örtük üçün də pul xərclənir. Bu gün təbii otun saxlanılması üçün il ərzində 30 min manat yetərlidir. Bu həm də futbolçular üçün faydalıdır. Çünki süni örtükdə zədələnmək ehtimalı böyükdür.
- Artıq 10 aydır Qəbələdəsiniz. Burda yaşamaq çətin deyil?
- Tamamilə fərqli bir məkanda yaşayıram. Ancaq insanlarınız çox mehribandırlar. Ən pisi odur ki, ailəmdən ayrı yaşayıram.
- Bəs ölkəmiz haqda nəsə bilirdiniz?
- Xeyr, təklif aldıqdan sonra internet vasitəsilə müəyyən məlumatlar əldə etdim. Azərbaycanın harada yerləşdiyini bilmirdim.
- Tanımadığınız ölkəyə gəlmək çətin olmadı?
- Xeyr, bura gələnə qədər ABŞ-da, İspaniyada işləmişəm. Ona görə də heç bir problemlə qarşılaşmadım.

0
0