Mərkəz müdafiəçisi Bakıda oynamağı klubuna qurban verib
01.09.2011 - 12:42
Makedoniya milli komandasının futbolçusu Nikolçe Noveski avqustun 10-da Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan yığmasına qarşı oynamamağının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Mayns” klubunda çıxış edən mərkəz müdafiəçisi ölkəmizə gəlməməyini Bundesliqadakı işi ilə əlaqələndirib. O, çempionatın startında uzaq səfərə çıxmağın lazımsızlığı qənaətində olub: “Mayns”ın sıx qrafiki var idi. Bazar günü ev oyunu keçirmişdik. Şənbə günün isə səfərdə oynayacaqdıq. Belə bir həftədə Bakıda oynamaq həddən artıq yorucu olardı. Çünki Bakıya çatmaq üçün uzaq yol qət etməli olursan”.
Qeyd edək ki, avqustun 10-daki qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, avqustun 10-daki qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəlmişdi.
0
0