Milli komandada “atəşkəs”
01.09.2011 - 10:51
Milli komandada “atəşkəs”
İspaniya milli komandası növbəti oyunların hazırlığına maraqlı prosedurla start verib. Apasport.az saytının məlumatına görə, komanda toplanışa yığışmazdan əvvəl millinin kapitanları İker Kasilyasla Xavi Ernandes bir araya gəlib. Məşhur futbolçular təlim-məşq bazasına 1 saat tez gələrək birgə səhər yeməyinə əyləşiblər. 14 yaşından dostluq edən futbolçular səhər yeməyi arxasında formasını geydikləri klubların – barışmaz rəqiblərin üzvlərinin münasibətlərini müzakirə ediblər. Onlar qərara alıblar ki, “Real” və “Barselona” oyunçuları yığmada “atəşkəs”ə əməl edib, milli üçün qüvvələrini səfərbər edəcək.

Qeyd edək ki, millinin əsas kapitanı olan kasilyas “Real”da da bu sarğını daşısa da, Xavi həm yığma, həm “Barseloma”da vitse-kapitandır.