Millətlər Kubokunun yarımfinalçısı rəsmən “Neftçi”də!
01.09.2011 - 11:45
Millətlər Kubokunun yarımfinalçısı rəsmən “Neftçi”də!
“Neftçi” qvineyalı futbolçu Kanfori Silla ilə müqavilə bağlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müqavilənin şərtlərinə əsasən oyunçu 10 gün müddətində məşq proseslərində özünü yaxşı tərəfdən göstərsə, müqavilə avtomatik olaraq qüvvəyə minəcək.

31 yaşlı yarımmüdafiəçinin sonuncu klubu "Etual de Qvineya" olub. Silla bundan əlavə, “Şarlerua” (Belçika, 2001), “Erqotelis” (Yunanıstan, 2001-2004), “Kallitea” (Yunanıstan, 2004-2006), “Sivasspor” (Türkiyə, 2006-2007), “İstanbulspor” (Türkiyə, 2007-2009), “Konyaspor” (Türkiyə, 2009-2010) klublarında çıxış edib.

O, 2004-cü ildən dəvət aldığı Qvineya milli komandasının heyətində 38 oyun keçirib və Afrika Millətlər Kubokunun yarımfinalçısı olub.