Berti Foqtsun köməkçisi: Hücum futbolu oynayacağıq
01.09.2011 - 12:02
“Belçika ilə matç çətin oyun olacaq. Bu komanda qrupumuzda 2-ci pillədə qərarlaşıb. Bu da ciddi göstərici sayılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen deyib.
Avro-2012-nin Belçika ilə sabahkı seçmə oyunu ərəfəsində “Aeroport” otelində keçirilən mətbuat konfransına qatılan almaniyalı mütəxəssis baş məşqçi Berti Foqtsu əvəzləməli olub. Səhhəti ilə əlaqədar tədbirə gəlməyən baş məşqçinin köməkçisi görüş haqda fikirlərini açıqlayıb: “Belçika güclü komandadır. Xüsusilə də onların hücum xətti güclüdür. Demək olar ki. bütün futbolçuları tanınmış klublarda oynayır. Lakin biz də çalışacağıq ki, əlimizdən gələni edək. Son 2 həftədə olan məşqlərlə oyuna mümkün qədər hazırlaşmışıq. Lakin futbolçularımız fiziki cəhətdən çatdırmırlar. Makedoniya ilə qarşılaşmada dabütün oyunu eyni tempdə oynaya bilmədik. Belçika ilə matçda hücum futbolu oynayacağıq, qələbə üçün çalışacağıq. Bütün komanda oyunun əhəmiyyətini yaxşı başa düşür”.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sabah saat 21:00-da start götürəcək.

0
0