Olaf Yansen Türkiyəyə gedir
01.09.2011 - 12:48
Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen Türkiyəyə gedir. Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Berti Foqtsun köməkçisinin özü açıqlayıb. O, bu gün “Aeroport” oteldə keçirilən mətbuat konfransında bildirib ki, Foqts onu İstanbula göndərəcək. Alman çalışdırıcı sabah Türkiyəyə səfər edərək orada keçiriləcək Türkiyə - Qazaxıstan oyununu izləyəcək. "Türk Telekom Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matça baxan Yansen sentyabrın 6-da görüşəcəyimiz Qazaxıstan haqda ətraflı məlumata malik olacaq.
Qeyd edək ki, sabah Azərbaycan yığması Belçika ilə görüşəcək.
Qeyd edək ki, sabah Azərbaycan yığması Belçika ilə görüşəcək.
0
0