Kamran Ağayev: Baş məşqçi heç vaxt yalnış heyət qurmur
01.09.2011 - 13:00
Kamran Ağayev: Baş məşqçi heç vaxt yalnış heyət qurmur
“Yığmada ab-hava həmişəki kimidir. Yaxşı nəticə qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayev deyib.

Sabah Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının qapıçısı mətbuat konfransında sevindirici nəticə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib. Fikrini davam etdirən Ağayev azarkeşlərə səslənərək onlardan yaxşı oyun gözləməmələrini istəyib: “Bu fikrim şablon səslənməsin. Yaxşı oyun nümayiş etdirmək haqda düşünmürük. İstəyirik ki, qazandığımız sevindirici nəticə ilə azarkeşlərimizin üzünü güldürək”.

Brüsseldəki matç haqda da danışan qolkiper heyətin yalnış qurulmadığını vurğulayıb: “Baş məşqçi heç vaxt yalnış heyət qurmur. Sadəcə, hər bir çalışdırıcının öz düşüncəsi, yanaşma tərzi var. Futbolçuya uyğun heyət qurulur”.

Doğma meydan amilindən maksimum yararlanmağın vacibliyinə də toxunan Kamran hamını yığmanın ətrafında biləşməyə səsləyib: “Milli hamımızındır. Yumruq kimi birləşməliyik. Doğma mmeydanda oynayırıq. Buna görə də azarkeşləri sevindirməliyik”.