Mahir Şükürov: Türkiyə yığmasına kömək etmək istəyirik
01.09.2011 - 13:30
“Komandada əhval-ruhiyyə yaxşıdır. Belçikanın heyətində yaxşı futbolçuların olduğunu qeyd edə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sabah Belçika yığması ilə Bakıda keçiriləcək oyun öncəsi keçirilən mətbuat konfransına qatılan futbolçu azarkeşləri sevindirmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib: “Doğma meydanda oynayırıq, ona görə də azarkeşləri sevindirməyə çalışacağıq”.
Heyətlə bağlı da danışan futbolçu ilk oyunla müqayisədə baş məşqçinin dəyişikliyə əl atacağını bildirib: “Belçikadakı oyunla müqayisədə heyətdə dəyişiklik olacaq. Onu deyə bilərəm ki, sağ cinahda məndən öndə Əfran İsmayılov yer alacaq. Biz tandem yaradacağıq. Ümumiyyətlə, baş məşqçi kimlərə şans versə, onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Ehtiyatda qalan komanda yoldaşlarıma da uğurlar arzulayıram”.
Təbii ki, Belçika ilə matç türkiyəli azarkeşlərin də diqqət mərkəzinə olacaq. Çünki qrupda II yer uğrunda məhz bu 2 komanda mübarizə aparır. Şükürov qazanılacaq qələbə ilə həm azarkeşləri sevindirməyə, həm də Türkiyəyə yardım etməyə çalışacaqlarını vurğulayıb: “Bakıdakı oyundan əvvəl Türkiyə yığması bizi saymırdı. Sonra onları məğlub etdik və yerlərini göstərdik. Sabah Belçikanı udmaqla həm öz azarkeşlərimizin üzünü güldürmək, həm də Türkiyə yığmasına kömək etmək istəyirik. Qoy türkiyəlilər bizə azarkeşlik etsinlər. Çünki artıq yığmamız özünə inam qazanıb”.
Belçika ilə səfərdəki oyun öncəsi formada olmayan Şükürovun Premyer Liqada da işləri yaxşı getmir. III turda AZAL-la keçirilən oyunda qırmızı vərəqə alan müdafiəçi “Qarabağ”la matçı buraxmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, Mahir özünü oyuna tam hazır hesab etdiyini qeyd edib: “Brüsseldəki oyunda formada deyildim. Klubumda az məşq etmişdim. İndi yaxşı formadayam və komandama kömək etməyə çalışacam”.
Qeyd edək ki, Azərbaycan – Belçika matçı sabah saat 21:00-da başlayacaq.

0
0