2-ci qələbə və 4-cülük ümidi
01.09.2011 - 15:00
2-ci qələbə və 4-cülük ümidi
Azərbaycan milli komandası sabah növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində 7-ci matçına çıxacaq. Əvvəlki 6 matçdan 4-nü səfərdə keçirən yığmamız 3-cü dəfə doğma publika önünə çıxacaq. Qrupdakı yeganə qələbəsini ötən il Respublika stadionunda qazanan millimiz sonrakı görüşlərdə aldığı məğlubiyyətləri Belçika ilə matçda unutdurmağa çalışacaq. 2-ci yer iddiasında olan Belçika ilə oyunda qazanılacaq qələbə hərtərəfli azarkeşləri sevindirəcək. Bir tərəfdən qələbə sayəsində millimiz 5-ci pillədə möhkəmlənəcək, digər tərəfdən isə tarixində ilk dəfə 4-cü olmaq imkanı bizim üçün real görünəcək. Belə ki, qələbə Bakıda qəbul edəcəyimiz Avstriya ilə xal fərqini minimuma endirəcək. Bu isə 4-cü yer uğrunda mübarizədə komandamızın tezliklə təslim olmaması anlamına gələcək. Polşa və Ukraynada keçiriləcək final mərhələsində heç olmasa Türkiyə yığması ilə təsəlli tapmaq arzusunda olan azarkeşlərimiz üçün isə istənilən xal sevindirici olacaq. Çünki qonşularımızın əsas rəqibini büdrətmək Qus Hiddinkin komandasının işinə yarayacaq.

Avro-2012-nin seçmə mərhələsi

A qrupu
2 sentyabr
21:00. AZƏRBAYCAN – BELÇİKA
Baş hakim: Li Probert
Hakim köməkçiləri: Simon Bek, David Riçardson
Ehtiyat hakim: Maykl Lesli Din (hamısı İngiltərə)
Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


1
Almaniya
7
7
0
0
22-3
21
2
Belçika
7
3
2
2
15-10
11
3
Türkiyə
6
3
1
2
9-7
10
4
Avstriya
6
2
1
3
10-10
7
5
AZƏRBAYCAN
6
1
0
5
5-18
3
6
Qazaxıstan
6
1
0
5
2-15
3