“Artıq milli komandamıza inam var”
01.09.2011 - 14:47
“Mükafat hər bir idman növündə olur. Bu idmançını həm stimullaşdırmaq üçün edilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığması və “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.
Bu gün keçirilən mətbuat konfransında iştirak edən qolkiper Belçika ilə matçda daha yaxşı çıxış etmək üçün mükafat fondunun futbolçular üçün nə dərəcədə əhəmiyyətli olub-olmamasına da aydınlıq gətirib. Çünki son günlərdə Türkiyə mətbuatı Belçikanı büdrətmək üçün Azərbaycan yığmasına mükafat fondu ayırmağın vacibliyini qeyd edib. Lakin Ağayev yığma naminə bu cür şeyləri qabartmağın düzgün olmadığını bildirib: “Bu yığma komandadır. Biz öz adımız üçün mübarizə aparmalıyıq. Sevindirici haldır ki, Türkiyə yığması bizi ciddi rəqib kimi görür və Belçikanı büdrədəcəyimizə inanırlar. Əsas odur ki, artıq milli komandamıza inam var. Azarkeşlərin də bizi dəstəkləməsini istəyirəm”.
Belçika ilə səfər matçında meydana daha çox müdafiəyə meylli futbolçuların çımasına da toxunan qapıçı Bakıda bunun mümkün olmadığını deyib: “6-7 müdafiəçi ilə oynamaq deyəndə, hər bir baş məşqçinin öz seçimi var. Türkiyə ilə açıq futbol oynadıq və yaxşı nəticə qazandıq. Sırf müdafiədə oynamaq mümkün deyil. Baş məşqçinin taktikasına uyğun mübarizə aparacağıq”.

0
0