Avropanın ən bahalı transferləri - SİYAHI
01.09.2011 - 15:22
Avropada transfer “pəncərəsi” bağlanıb. Apasport.az saytının məlumatına görə, son transferlərin avqustun 31-də gerçəkləşməsi ilə qitənin ən bahalı transferlərinin siyahısı da məlum olub. Yay transfer dövrünün rekordçusu isə Serxio Aquero olub. İspaniyanı İngiltərəyə dəyişən argentinalı sabiq klubunu 45 milyon avro qazandırıb. Ən bahalı 10 transfer siyahısında postsovet məkanı da təmsil olunub. Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdırdığı Rusiya “Anji”sinin kamerunlu Samuel Eto’O üçün 26 milyon avro ödəməsi qitənin 8-ci transfer olub.
2011-ci ilin yay transferləri “TOP-10” | ||||
|---|---|---|---|---|
Futbolçu | Amplua | Hardan | Hara | Transfer qiyməti, milyon avro |
1. Serxi Aquero | Hücumçu | "Atletiko", İspaniya | "Mançester Siti", İngiltərə | 45,0 |
2. Xavyer Pastore | Yarımmüdafiəçi | "Palermo", İtaliya | PSJ, Fransa | 43,0 |
3. Falkao | Hücumçu | "Porto", Portuqaliya | "Atletiko", İspaniya | 40,0 |
4. Fabio Koentrao | Yarımmüdafiəçi | "Benfika", Portuqaliya | "Real", İspaniya | 30,0 |
5. Sesk Fabreqas | Yarımmüdafiəçi | "Arsenal", İngiltərə | "Barselona", İspaniya | 29,0 |
6. Samir Nəsri | Yarımmüdafiəçi | "Arsenal", İngiltərə | "Mançester Siti", İngiltərə | 27,5 |
7. Xuan Mata | Hücumçu | "Valensiya", İspaniya | "Çelsi", İngiltərə | 26,7 |
8. Samuel Eto`O | Hücumçu | "İnter", İtaliya | "Anji", Rusiya | 26,0 |
9. Aleksis Sançes | Hücumçu | "Udineze", İtaliya | "Barselona", İspaniya | 26,0 |
10. Zlatan İbrahimoviç | Hücumçu | "Barselona", İspaniya | "Milan", İtaliya | 24,0 |
0
0