Millimizin nəzərinə: Məğlubiyyət seriyasını qır, yubileylərə çat
01.09.2011 - 16:50
Avro-2012-nin seçmə mərhələsinin Belçika ilə Bakıdakı görüşü millimizin tarixinə 177-cü matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, tarixi ərzində 176 oyuna çıxan komandamız bu müddətdə 30 qələbə qazanıb, 43 heç-heçə edib və 103 dəfə meydanı başıaşağı tərk edib.
Son 6 qarşılaşmada – Çernoqoriya (0:2), Macarıstan (0:2), Belçikaya (1:4), Qazaxıstan (1:2), Almaniya (1:3) və Makedoniyaya (0:1) uduzan futbolçularımız bu uğursuz seriyanı qırmağa çalışacaq. 6 oyunluq məğlubiyyət seriyası ilə azarkeşlərini üzən komandamız 1992-ci ildən bu günə qədər 118 dəfə rəqib qapısına yol taparaq 318 dəfə topu öz qapısında görüb.
AÇ-lərin seçmə mərhələlərində 46 oyunda 4 qələbə qazanıb, 5 dəfə heç-heçə edən komandamız 5-ci qələbə və ya 10-cu uduzulmayan qarşılaşmanın intizarındadır. 37 dəfə məğlub olan komandamızın 24 top vurub, 121-ni buraxdığını da qeyd edək. Azarkeşlər 25-ci yubiley qolunu Belçika matçda, Respublika stadionunda gözləyəcək.
Ümumilikdə, seçmə mərhələlərdə isə məğlubiyyətsiz 20-ci oyuna sevinə bilərik. Axı əvvəlki 84 matçın 65-də uduzmuşuq. 7 qələbə və 12 heç-heçəyə daha bir xal qazandığımız görüşü əlavə etməklə, yubiley qeyd etmək olar. Bu matçlarda 36 top vuran millimiz 195 dəfə qol buraxmasına üzülüb.
Oyun Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun bu postda 38-ci qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı oyunların yarıdan çoxunda məğlub olub. Cəmi 7 qələbə və 9 heç-heçəyə sevinən çalışdırıcı 21 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 26 qolun sevincini yaşayıbsa, 60 dəfə qapıçımızın məyus duruşunu izləmişik.

0
0