“Azərbaycanı 6:0 məğlub etsək də, bununla kifayətlənməyəcəyik”
02.09.2011 - 09:51
“Etiraf edim ki, Azərbaycan yığmasına belə hesabla qalib gələcəyimizi mən özüm də gözləmirdim. Komandamızda əksəriyyət debütantdır. Belə yeni qurulmuş heyətin tam komplektləşmədiyini nəzərə alsaq nəticə start üçün fantastikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə yığmasının (U-21) baş məşqçisi Stüart Pirs deyib.
Avro-2013-ün seçmə oyununda yığmamızı 6:0 hesabı ilə darmadağın edən britaniyalıların çalışdırıcısı nəticədən məmnunluğunu gizlətməyib: “Lakin bununla kifayətlənmək fikrində deyilik. Daha da artırmaq fikrindəyik. Çünki məqsədimiz təkcə final mərhələsinə çıxmaq yox, həm də qitə çempionu olmaqdır. Mənə bu gücə komandada olan hər kəslə çalışmaq xoşdur”.
”

0
0