“Mövsümün əvvəlində heç də yaxşı olmayan halla rastlaşdıq”
02.09.2011 - 11:00
“Mövsümün əvvəlində heç də yaxşı olmayan halla rastlaşdıq. Arxa xətt oyunçularından beşi zədə üzündən meydana çıxa bilmədilər. Buna görə də mütləq transferlər etməli idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.
Arxa xətt oyunçularınının zədələnməsi üzündən transfer çalışmalarını davam etdirən “Kəpəz” sabiq “Qəbələ”lilərlə güclənib. Belə ki, Razvan Tarlea və Milan Antiç cari mövsümü Mehman Allahverdiyevin rəhbərliyi altında keçirəcək. Hər iki futbolçunun adı iştirak ərizəsinə daxil edilib. Yeri gəlmişkən, onların “Kəpəz”ə transferində köməkçi-məşqçi Vidadi Rzayevin də əməyi az deyil. O, əvvəllər “Qəbələ”də çalışarkən bu futbolçular da həmin komandanın şərəfini qoruyub.
Mehman Allahverdiyev onların komandaya faydalı olacağını düşünür: “Vaxtımız az olduğuna görə, tanıdığımız futbolçulara üz tutduq. Həm Antiçin, həm də Tarleanın oyununa bələdik və onların komandamıza kömək edə biləcək gücdə olduqlarını düşünürük”.

0
0