Bahodir Nasimov ehtiyatda “yatır”
07.09.2011 - 10:22
DÇ-2014-ün seçmə mərhələsinin Asiya zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması güclü Yaponiya millisi ilə qarşılaşıb. Öz meydanında oynayan özbəklər bu matçda 1 xal qazana biliblər – 1:1. Bahodir 90 dəqiqə ehtiyatda qalıb. “Neftçi”nin hücumçusu bir neçə gün əvvəl Tacikistanla matçdakı qələbəni də (1:0) ehtiyatdan izləmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0