Belçika Azərbaycanın heyfini ABŞ yığmasından çıxdı
07.09.2011 - 10:39
Belçika Azərbaycanın heyfini ABŞ yığmasından çıxdı
Avro-2012-nin seçmə mərhələsinin oyunları ilə yanaşı, milli komandaların iştirakı ilə digər qarşılaşmalar da baş tutub. Apasport.az saytının məlumatına görə, Asiya və KONKAKAF zonalarında DÇ-2014-ün qrup mərhələsinin matçları, həmçinin yoldaşlıq qarşılaşmaları baş tutub.

Yoxlama görüşlərində Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belçika və Almaniya yığmaları da qüvvələrini sınayıblar. Sentyabrın 2-də Bakıda xal itirən belçikalılar doğma publika önündə bunu unutdurublar. Onlar ABŞ futbolçularına 1:0 hesabı ilə qalib gəliblər.

Artıq Avro-2012-nin final mərhələsinə vəsiqə qazanan Almaniya isə həlledici oyunlara Ukrayna ilə bərabər ev sahibliyi edəcək Polşa komandası ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 2:2.

DÇ-2014-ün seçmə oyunları, Asiya
Sinqapur – İraq – 0:2
İordaniya – Çin – 2:1
Livan – BƏƏ – 3:1
Küveyt – Cənubi Koreya – 1:1
KXDR – Tacikistan – 1:0
Özbəkistan – Yaponiya – 1:1
Tailand – Oman – 3:0
Səudiyyə Ərəbistanı – Avstraliya – 1:3
İndoneziya – Bəhreyn – 0:2
Qətər – İran – 1:1

DÇ-2014-ün seçmə oyunları, KONKAKAF
Dominikan Respublikası – Surinam – 1:1
Kayman adaları – El Salvador – 1:4
Barbados – Trinidad və Tobaqo – 0:2
Qayana – Bermuda adaları – 2:1
Nikaraqua – Panama – 1:2
Sent Lusia – Sent Kitts və Nevs – 2:4
Puerto-Riko – Kanada – 0:3
Beliz – Qvatemala – 1:2
Virgin adaları – Antiqua və Barbuda – 1:8
Kurakao – Haiti – 2:4

Yoldaşlıq oyunları
Braziliya – Qana – 1:0
Boliviya – Peru – 0:0
Argentina – Nigeriya – 3:1
Qabon – Niger – 1:0
Çexiya – Ukrayna – 4:0
Belçika – ABŞ – 1:0
Polşa – Almaniya – 2:2
Ekvador – Kosta-Rika – 4:0
Venesuela – Qvineya – 2:1
Yamayka – Kolumbiya – 0:2
Honduras – Paraqvay – 0:3