“Qarabağ”ın futbolçuları cəzalandı
07.09.2011 - 10:44
“Qarabağ”ın futbolçuları cəzalandı
Avro-2012-nin seçmə mərhələsinin Lüksemburq – Albaniya oyununda Azərbaycan Premyer liqasında çıxış edən 3 futbolçu da iştirak edib. Apasport.az saytının məlumatına görə, Albaniya yığmasının şərəfini qoruyan “bizimkilər” 1:2 hesablı məğlubiyyətə üzülüblər. “Qarabağ”ın üzvləri Admir Teli və Ansi Aqolli start heyətində meydana çıxıb və hər ikisi cəzalanıb. Teli 35-ci dəqiqədə sarı vərəqə alıb. Bu isə onun seçmə mərhələdə 2-ci vərəqəsidir və Admir növbəti matçı buraxacaq. Ansi isə 55-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Elə o da digər komanda yoldaşı kimi növbəti oyunu buraxacaq. AZAL-ın üzvü Ervin Bullku isə 62-ci dəqiqədə meydana daxil olub.