“Bakı”lılar lideri devirdi
07.09.2011 - 11:04
Avro-2012-nin seçmə mərhələsinin F qrupunda lider dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, son matçlaradək 2-ci olan Xorvatiya liderliyi Yunanıstanın əlindən alıb.
Buna Ellada təmsilçisinin Latviya yığması ilə matçda xal itirməyi səbəb olub. 1:1 hesabı ilə bitən qarşılaşmada “Bakı”nın üzvləri də iştirak edib. Həm Latviya yığması, həm klubda baş məşqçi olan Aleksandr Starkov və onun köməkçisi İqor Klosov iki futbolçuya da güvəniblər. “Bakı”nın müdafiəçisi Denis İvanov 90 dəqiqə oynadığı matçda kapitan funksiyasını yerinə yetirib. Maris Verpakovski isə start heyətində yer alsa da 77-ci dəqiqədə əvəzlənib. “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə ehtiyatda qalıb.

0
0