“Məğlub olsa idik, xalqın qarşısına çıxa bilməzdik”
07.09.2011 - 11:10
“Bu qələbə sayəsində yığma komandamız futbol tariximizdə yeni səhifə açdı. İndiyə qədər millimiz qrup mərhələsi çərçivəsində 7 xal toplaya bilməmişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşan və əzmkar qələbə qazanan futbolçularımız aktivlərindəki xalların sayını 7-yə yüksəltdi. Bununla da tarixində ən yüksək göstəriciyə imza atan yığmamızın qarşıdakı 2 oyunda xallarının sayını artırmaq imkanı var. Nəbiyev bildirib ki, Astanadakı məğlubiyyətinin revanşını aldıqlarına görə məmnundurlar: “Bu qələbə münasibəti ilə xalqımızı təbrik edirəm. Layiqli qələbə qazandıq. Onların da sevinməyə haqqı var”.
Birinci hissədə gözlənilmədən rəqib qapımıza yol tapmaqla fasiləyə hesabda üstün yollandı. Ancaq ikinci hissədə əzmakrlıq nümayiş etdirən futbolçularımız Qazaxıstan yığmasını 3 dəfə cəzalandırdı: “Uşaqlar fasilədə özlərini toparladı. Oyundan sonra bizi nələrin gözlədiyini bilirdik. Məğlub olsa idik, xalqın qarşısına çıxa bilməzdik”.
Erkən əvəzlənməsinə də toxunan müdafiəçi bunun zədə ilə bağlı olduğunu vurğulayıb: “Oyundan əvvəl də zədəm var idi. Oyunun gedişində rəqib futbolçu ayağımdan vurdu. Nəticədə oyunu davam etdirə bilmədim”.
Qeyd edək ki, Azərbaycan milli komandasının Qazaxıstana 3:2 hesabı ilə qalib gəldiyi görüşdə Aqil 13-cü dəqiqədə əvəzlənib.

0
0