Ehtiyatda sevinənlər
07.09.2011 - 11:19
Avro-2012-nin seçmə mərhələsinin son oyunlarında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan 3-ü üçün ikili təsir bağışlayıb. Apasport.az saytının məlumatına görə, “Rəvan”ın futbolçusu Artur Kotenko, AZAL-ın üzvü Robert Petrov və “Neftçi”nin müdafiəçisi İqor Mitreski yığmalarının qələbəsinə sevinsə də, özləri ehtiyatda qalıb. Kotenko Estoniyanın Şimali İrlandiya üzərində darmadağınına (4:1) şad olub. Mitreski ilə Petrov isə Makedoniyanın Andorra üzərində minimal hesablı qələbəsinə şahid olub – 1:0.
0
0