Rövnəq Abdullayev: 7 xal hələ milli komandamız üçün son hədd deyil
07.09.2011 - 11:24
“Qələbə bizi çox sevindirdi. Bu, Azərbaycan futbolunun inkişafına kömək edir”. Apasport.az saytının məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edən yığmamız bununla da qrup mərhələsi çərçivəsində ən yüksək nəticəsini qazanıb. Oyundan sonra açıqlama verən assosiasiya rəhbəri bunun son hədd olmadığını qeyd edib: “7 xal hələ komandamız üçün son hədd deyil. Qarşıda daha 2 oyunumuz var”.
Lakin AFFA prezidenti azarkeşlərdən narazılığını da dilə gətirib: “Fanatların dəstəyindən narazıyam. Onlar yığmanı daha yaxşı dəstəkləməlidilər. 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq lazım deyil. Heç stadionu da doldurmamışdılar. Onlar əlverişsiz hava şəraitinə baxmayaraq, milli komandanı dəstəkləməyə gəlməli, isti havada da, soyuq havada da ölkənin əsas komandasının yanında olmalıdılar”.
Abdullayev bildirib ki, Qazaxıstanla matçda yığmamızdan ancaq qələbə gözləyirmiş: Təbii ki, hamımız futbolçularımızdan Qazaxıstan üzərində qələbə gözləyirdik. Azarkeşlər də milli komandanın qələbəsi üçün darıxmışdılar. Belə qələbələrimizin sayını daha da artırmalıyıq”.
Rövnəq Abdullayev yığma səviyyəsində artıq final mərhələləri haqda düşünməyin zamanının yetişdiyini deyib: “İnanıram ki, Azərbaycan futbolu gələcəkdə daha da inkişaf edəcək. Böyük ambisiyalarımız var. Yeni stadionlar tikilir. Həmin stadionlar gələcəkdə məhz futbolçularımızın uğurlarına ev sahibliyi edəcək. Tezliklə biz böyük turnirlərin final mərhələsinə çıxmağımıza sevinəcəyik”.
Yığmanın baş məşqçisi Berti Foqts gələcək taleyi haqda da danışan AFFA rəhbəri qərar vermək üçün tələsmədiklərini bildirib: “Berti Foqtsla bağlı tələsməməyə çalışırıq. Qarşıda iki oyun var. Həmin oyunlardan sonra bu məsələyə baxarıq”.

0
0