Futbolumuza bir baxış bucağı - TƏHLİL
24.09.2011 - 23:02
Dünyada ən geniş insan maraqlarını özünə cəlb edən sahələrdən bir də futbol oyunudur. Milyonlarla insanlar pul ödəməklə stadionlara gəlir, həmçinin televiziya ekranları qarşısında əyləşərək bu oyundan zövq alır, stress və pis vərdişlərdən uzaq olur, mədəni dünyagörüşlərini artırırlar. Futbol, zehni əməklə fiziki əməyin vəhdətindən ibarət olan idman növü olmaqla bərabər böyük bir biznes sahəsidir.
Demək olar ki, dünyanın hər yerində adamlar futbol oyunlarına pul-mərc qoyuluşları etməklə idmanın inkişaf büdcəsinə də kömək edirlər. Və ən əsası vəzifəsindən və imkanlardan asılı olmayaraq insanlar stadionlarda bərabər olurlar! Belə bir futbol komandalarının, onların infrastrukturlarının, oyunlarının və ədalətli idarəçiliyinin təşkili böyük elmi-praktik bilik, şəffaf maliyyə qoyuluşu tələb edir. Ancaq belə olduğu halda futbol inkişaf edib, kluba biznes gəlirləri gətirə bilər. Spontan əsaslı təşkilatlanma isə haram pulların leqallaşdırılması məkanı yaratmaqla klubun qısa vaxtda iflası ilə nəticələnməsinə səbəb olur.
- Nədən başlamalı....
Klub təşkil etmək istəyən şəxs sabit deklarasiyalı maliyyə vəsaitlərinə malik olmaqla bərabər futbol təsərrüfatının spesfik xüsusiyyətləri ilə öncədən dərindən tanış olmalıdır. Buraya aiddir: elektron idarəçilik strukturu, klubun infrastruktur quruculuğu sistemi, hədəfə uyğun hazır iş proqramı təqdim edən məşqçilər korpusunun seçimi, yaş qruplarının təşkili xüsusiyyətləri, tibbi nəzarət sisteminin təşkili və futbolçuların tibbi sığortalanması təminatı. Ödənilən əmək haqqının və digər vəsaitlərin komandanı (bütün yaş qrupları üzrə) ancaq uğurlara stimullaşdırmasının təminatı olmalıdır. Bununla bərabər klubun maliyyə qoyuluşu büdcəsi ilə razılaşaraq hədəfə nail olmaq öhdəçiliyi götürən tərəflərlə klub konpensasiya ödəmələri etmək kimi hüquqi əsaslı sənədləşmə də aparması vacibdir.
- Futbolun özülü-seleksiya işləri
Azərbaycan futbolunun 100 illiyi mərasimində ölkə Prezidenti İlham Əliyev futbolumuzun inkişafındakı problemlərin seleksiya işləri ilə bağlı olduğunu bildirdi. Bu futbol klublarımıza diplomatik dildə deyilmiş çox ciddi bir xəbərdarlıq idi. Futbolun inkişafı ölkədə qurulan infrastruktura və xərclənən pullara uyğun olmalıdır. Bu günə hələlik bu öz təsdiqini tapmayır. Belədə hesab edirəm ki, seleksiya işinin aparılması elmi əsaslı olmaqla, hələlik protoksionizmdən qorunmaq məqsədi ilə bu işlər klublarda xüsusi təhsilli xarici mütəxəssislərə həvalə olunsa yaxşıdır. “Bakı”, “Xəzər Lənkəran” və “Qəbələ”də olduğu kimi.
Seçimdə oyunçunun ailə-anatomik genetik göstəricilərinə, intizamına, sağlamlığına, məktəbdə oxumaq səviyyəsinə, deyiləni dərk edib əməl etmə qabiliyyətinə, intellektinə xüsusi diqqət göstərilməlidir. Fiziki cəhətdən sağlam, 500-dən yuxarı bilik bal göstəricili, intellektual inkişaflı gənclərin peşə kimi futbolu seçmələrinə istiqamət və maraq oyadılmalıdır. 50-100 bal toplamaq qabiliyyətli “ali təhsillilər” futbolun heç bir sahəsinə uğur gətirə bilməzlər.
- Klubda yaş qrupları və əvəzedici heyət...
Dünya və Avropa çempionatları keçirilən bütün yaş qruplarına müvafiq olaraq, bizdə də klublarda bu qrupların təşkili və çempionat oyunları məcburi olmalıdır. Hər yaş qrupunun qidalanmaları və istirahətləri, dərslərini mükəmməl oxumaqla bərabər məşqləri elmi təsdiqli iş proqramı üzrə aparılmalıdır. Protoksionizimlə heyət üzvlərinin sayını artırmağa imkan verilməməlidir. Ən yaxşıları isə əvəzedici heyətə verilməklə orada kifayət qədər oyun praktikası, klubun oyun fəlsəfəsinə uyğun gələn bir neçə taktiki sxemləri icra etmək qabiliyyəti və sürətli qərar vermə bacarığı əldə etməlidirlər. Burada gələcək inkişaf baxımından onların sayı 22-25 nəfərdən artıq olmamalıdır. Digərləri təkmilləşmək üçün həvəskar komandaya göndərilməlidirlər.
- Premyer Liqaya daxili rəqabət –divizion çempionatı
Futbolun “qızıl ortası”nın divizion birinciliyi olması yenilik deyil. AFFA-nın bu günə olan legioner limiti “bolluğundan” yararlanan bir sıra məşqçilər həm iqtisadi maraqlarını, həm də işlərini asanlaşdırmaq baxımından kluba təyin olunan kimi çoxsaylı legionerləri və digər klublarda fərqlənən oyunçuları “qoyulan hədəf üçün lazımdır” adı altında vədlər və “razılaşmalarla” komandaya cəlb etdirirlər.
Əvəzedicilərdən də bir neçə gənci də onlara qataraq bəzi epizodlarda oyunlara buraxmaqla diqqəti yayındırırlar. Belədə onlar az əmək sərf etməklə hazır komanda əldə etmiş olurlar. “İşbaz” məşqçilərin bir çoxu isə hərbi xidmətdən qayıdan futbolçuları heyətə götürməkdən imtina edirlər. Baxmayaraq ki, onlar intizam və fiziki-psixoloji baxımından daha möhkəmlənmiş olurlar. Belə məşqçilər bu futbolçuları bərpa etmək əvəzinə, işlərini asanlaşdırmaq və qohum-dost uşaqlarını ora yığmaq üçün klub rəhbərliyini və valideynləri aldadaraq, bir çox uşaqları “bizə lazım olacaq” adı altında qanunsuz yolla hərbi xidmətdən “saxlatdırırlar”.
İndilikdə futbolumuzda “xəstə” oyunçular epidemiyası baş alıb gedir. Belədə səviyyəsi yüksək olmayan legionerlərdən, klublararası oyunçular yerdəyişmələrindən və istedadlı futbolçuların vaxtından əvvəl kənara atılmalarından necə xilas olmaq olar? Hesab edirəm ki, bunun üçün Premir Liqa klubları ilə nəzəri rəqabət aparmalı olan müstəqil divizion birinciliyi klublarının səviyyə göstəricilərinə və say tərkibinə xüsusi önəm verilməlidir. Sağlam əsaslı yüksək səviyyəli divizion birinciliyi, nəticədə Premyer Liqaya legioner axınının, eyni oyunçuların klubdan-kluba yer dəyişmələrinin və ən əsası böyük pulların əsassız dövriyyəsinin və haram pulların təmizlənməsinin qarşısını almağa kömək ola bilər.
Vaxtı ilə Tovuzda yaradılmış “Rote Fahne “kimi komandaların bərpası və genişləndirilməsi nümunəsi bu məqsədə yardımçı ola bilər. Lakin müstəqil rəqabətdə olan divizion klublar birinciliyinin futbolumuza fayda gətirib onu təmizləyərək inkişaf etdirə bilməsinin alternativi yoxdur. Mövcud olan belə klubların resurslarının güclənməsini təmin etmək və ənənəvi futbol rayonlarında yaradılmasına başlamaq, AFFA üçün həlli prioritet olan məsələlərdən olmalıdır.
Qəbul olunmuş qərara görə futbolumuzun inkişaf istiqaməti kimi alman atletik futbol sistemi seçilib. Və bu məqsədlə dünya şöhrətli Foqts, Lippert, Raab və digər alman mütəxəssislər yığma və klub komandalarımızın başına gətirilib. Hesab edirəm ki, AFFA rəhbərliyinin yığma komandalarımızın nəticələrinə səbr və dözüm göstərmələri normal haldır.
Çünki yüksək stabil nəticələrin əldə edilməsinin bir zamana ehtiyacı var. Sabiq Sovetlər rəhbəri Nikita Xruşşovun “qısa vaxta Amerikaya çatmalı və onu ötüb keçməli” kimi özünü doğrultmayan prinsipi ilə futbolumuzun sabit təbii inkişafına nail olmaq mümkün deyil. Bu məqsədlərə çatmaq üçün çoxşaxəli mürəkkəb işlər vardır ki, bir neçəsini də mən yada salmaq istərdim:
- Milli futbol üstünlüklərimizin alman futbol sistemi ilə sintezini təmin etmək məqsədi ilə bu istiqamətdə alman mütəxəssislərin iştirakı da təmin edilməklə elmi proqramlar hazırlamalı olan Elmi-Təhqiqat Futbol Akademiyası və yüksək mütəxəssis - texniki təminatlı İdman-Tibbi Sağlamlıq Mərkəzinin yaradılması vacibdir. Əks halda, elmi əsassız yükləmələrin nəticəsi kimi “Şəmkir” FK qapıçısının acı taleyindən başqalarının da qaçması mümkünsüz olacaq.
- Foqtslu milli komandamızda ən vacib keyfiyyət göstəricisi kimi hesab edirəm ki, oyunçuların fiziki kondisiyalarının yüksək səviyyəyə qaldırılmalarını göstərmək olar. Ən böyük problem isə oyunçuların intellekt səviyyəsi asağılığı və vahid oyun fəlsəfəsinə uyğunlaşmamalarıdır. Bunun səbəbləri çoxdur.
Burada oyuncuların genetik faktorları ilə bərabər hesab edirəm ki, əsas səbəblərdən biri də yığma oyunçuların da daxil olduğu klublarımızda ingilis, Ukrayna, Gürcüstan, Rumıniya, Almaniya hətta tarixdə arxivə getmiş Sovet futbol sistemi ilə məşqlər və oyunların keçirilməsidir. Fikir verin, İngiltərə çempionatında bütün klublar İngilis sisteminə uyğun oynayırlar və bu səbəbdən də istənilən klubun fiziki cəhətdən hazır oyunçusunun yığma heyətinə dəvət etdirilməsi onda və yığmada oyun sistemi və adaptasiya problemi yaratmayır. Bizdə isə problemin həlli məqsədi ilə Foqts tez-tez çempionat oyunlarının “dondurması” hesabına məşq toplanışları keçirməli olur. Bu səbəbdən hesab edirəm ki, klub məşqçilərinin iş proqramları özlərinin iştirakı ilə zaman-zaman Foqtsun iştirakı ilə müzakirə edilib, ölkə üçün qəbul olunmuş vahid Azərbaycan futbol sisteminə uyğunlaşdırılmalıdır.
- Klub məşqçiləri təcrübə mübadiləsi baxımından tanınmış xarici klublara ezam olunmalıdırlar. Yeni nəslin yaxşı ali futbol təhsili almış, aşağı mərhələlərdən başlayaraq tanınmış xarici klublarda müasir futbol təcrübəsi toplamış məşqçilər hesabına klublarımızda nəsil dəyişikliyinə münbit şərait yaradılmalıdır.
- Bərbad vəziyyətdə olan hakimlik sistemimizdə islahatlar aparılması vacib işlərdəndir. Keyfiyyətli hakim seçimi, hazırlığı, onların işlərinin qiymətləndirilməsi kimi vacib olan işləri yenidən köklü qurmaq məqsədi ilə hələlik xaricdən tanınmış hakim-mütəxəssisin dəvət olunması təxirə salınmaz olmalıdır. Əks halda, bərbad vəziyyətə saldıqları oyunlara görə bütün hallarda Xaqani Məmmədovun (?!) müdafiəsi altında olan, Premyer Liqa oyunlarında “təcrübə toplayan” gənc hakimlər, akademikin bir aya ala bilmədiyi pulu 90 dəqiqəlik işlərinə görə alaraq himayədarlarından yeni təyinat gözləyəcəklər.
- Dövlətin əsasını orta təbəqə səviyyə göstəricisi təşkili etdiyi kimi, futbolumuzda da orta səviyyə göstəricisinin “qızıl açarı” divizion çempionatıdır. Ona görə də həmin klubların səviyyəli təşkilinə, oyunlarının keçirilməsinə, tamaşaçı, reklam, transferlər hesabına özləri büdcələrini formalaşdırmaqla Premyer Liqaya gəlmələrinə xüsusi diqqət və KİV himayəsi göstərilməlidir.
- Futbolumuzun pəncərəsini yox, qapılarını dünyaya açmaq lazımdır. Gənc futbolçularımızı qısa müddətli tanınmış futbol ölkələrinə göndərməklə bərabər, həmin ölkələrin Azərbaycanda futbol Akademiyalarının yaradılmasına çalışmaq lazımdır.
- AFFA-da islahatlar aparmaqla “azarkeş mütəxəssisləri” müasir təhsilli, dünya futbolunu öyrənib dərk edən yeni nəsil nümayəndələri ilə əvəzləmək, futbolumuzun inkişafını sürətləndirərdi. İmkan verilməli deyil ki, pul futbolumuzu idarə etsin. Çalışmaq lazımdır ki, futbolumuz pulları idarə etsin. Korrupsiya və haram pulların dövriyyəsinə imkan verilməməlidir. Danışılmış oyunlara qarşı sərt tədbirlər görülməlidir.
Şişirdilmiş məbləğ müqavilələri, vergidən yayınmalar yol verilməz olmalıdır. Klubların büdcə xərcləri Azərbaycan reallığına və futbolumuzun səviyyəsinə, ondan əldə edilən gəlirə uyğun olmalıdır. Buna əsasən isə Premyer Liqa və divizion klublarının sayını artırmaqla, çempionatdakı oyunların say intensivliyinin artmasına nail olmaq vacib amildir. Əks halda mövcud vəziyyətin status-kvosununun saxlanması futbolumuzu qurd kimi içindən yeməkdə davam edəcək.
Gülağa Ağazadə, Fəlsəfə Doktoru

0
0