AFFA prezidenti milli komanda ilə görüşdü
12.10.2011 - 00:43
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində İstanbuldakı “Türk Telekom Arena” stadionunda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, millimizin seçmə mərhələ ərzində keçirdiyi oyunlar haqda fikirlərini bildirən AFFA prezidenti, gələcək qarşılaşmalarda komandaya uğurlar arzulayıb.
0
0