“Bakıya heç-heçə ilə qayıtsaydıq, həm türklərə, həm də bizə yaxşı olardı”
12.10.2011 - 08:00
“Bakıya heç-heçə ilə qayıtsaydıq, həm türklərə, həm də bizə yaxşı olardı”
“Biz İstanbula ən azından 1 xal qazanmağa gəlmişdik”. Bunu apasport.az saytına açıqlamasında milli komandamızın hücumçusu Arif İsayev deyib.

Türkiyə ilə qarşılaşmada ikinci hissədə meydana çıxan futbolçu bildirib ki, yığmamız müqavimət göstərsə də, xırda bir səhv, anlaşılmazlıq üzündən qol buraxdı: “Çox təəssüf ki, xal qazana bilmədik. Almaniya da Belçikaya qalib gəldi. Biz Bakıya heç-heçə ilə qayıtsaydıq, həm türklərə, həm də bizə yaxşı olardı”.

İsayev vurğulayıb ki, komanda növbəti görüşlərdə oyununu inkişaf etdirib, qarşıdakı seçmə mərhələlərdə daha çox xal toplamağa çalışacaq: “7 xal millimiz üçün hazırda rekord göstəricidir. Bundan da çox xal toplamağa çalışacağıq. Uduzmağımıza gəlincə, hardasa səviyyə fərqi də öz sözünü dedi. Açığı rəqibin qol epizodları daha çox oldu”.