Advokat Azərbaycan yığması ilə görüşə kimi postunda qalmaq istəyir
12.10.2011 - 09:59
Advokat Azərbaycan yığması ilə görüşə kimi postunda qalmaq istəyir
Dik Advokat Rusiya milli komandasının baş məşqçisi postundan getmək fikrində deyil. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Azərbaycan yığması ilə bir qrupa düşdüyü DÇ-2014-ün seçmə mərhələsində də vəzifəsini icra etməyi düşünür. Həftənin ilk günündə mətbuatda belə xəbər yayıldı ki, Advokat Avro-2012-dən sonra komandadan getmək niyyətində olduğunu yetirmələrinə bildirib: “Mən belə şey deməmişəm. Onu demişəm ki, gələn ilin martında Rusiya Futbol İttifaqının rəhbərliyi ilə Avro-2012-dən sonra yığmada işimi davam etdirmək məsələsini müzakirə edəcəyik. Bu, həm şəxsən mənə, həm də federasiyaya aiddir. Bu, ikitərəfli məsələdir. Əgər nəsə olsa, məndən xahiş edə bilərlər”.

Qeyd edək ki, Advokatın ruslarla ilk seçmə mərhələdə işbirliyi uğurlu alındı və onları qrup qalibi kimi Avro-2012-in final mərhələsinə çıxardı.