İspaniya yığmasından və David Vilyadan rekord
12.10.2011 - 10:12
İspaniya yığması Avro-2012-in seçmə mərhələsini rekordla başa vurub. Apasport.az saytının məlumatına görə, son Avropa və dünya çempionu seçmə mərhələni yüz faizli nəticə - 8 oyuna 8 qələbə ilə bitirib. Bu, son turda evdə Şotlandiya yığması üzərində 3:1 hesablı qələbə ilə reallaşdı.
Bununla da ispanlar rəsmi oyunlarda ardıcıl 14-cü qələbəsini qazanıb. Visente del Boskenin çalışdırdığı yığma ötən ilin yayında dünya çempionatının qrup mərhələsində ilk turunda İsveçrə millisinə 0:1 hesablı məğlubiyyətdən sonra bütün rəsmi matçlarında qalib gəlir. İspaniya yığması 14 qələbə ilə Fransa və Hollandiya millisinin əvvəllər analoji nailiyyətini təkrarlayıb.
Şotlandlarla oyun daha bir rekordla əlamətdar olub. Belə ki, David Vilya İspaniya yığmasında 50-ci qolunu vurub. Bununla da “Barselona”nın hücumçusu millinin tarixində rəsmi oyunlarda bombardirlər mövqeyində liderlik mövqeyini möhkəmlədib.

0
0