Həmyerlimiz İsveçrədə çempion oldu
12.10.2011 - 10:25
İsveçrənin Cenevrə şəhərində keçirilən şahmat üzrə 18-ci məktəblərarası çempionata yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda bu ölkənin müxtəlif şəhərlərindən 160-a yaxın şagird iştirak edib.
Çempionatın qalibi adını hazırda İsveçrədə yaşayan azərbaycanlı şagird Kamran Əsədov qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəticədə həmyerlimiz Cenevrədə keçiriləcək şahmat üzrə növbəti yarışda iştirak hüququna yiyələnib.
Qeyd edək ki, məktəblərarası çempionat hər il Cenevrədə təşkil olunur və İsveçrə sistemi üzrə 10 dəqiqə vaxt məhdudiyyəti ilə 7 partiyadan ibarət olur.

0
0