Milli komandamız “Standard”ın qapıçısını tarixə saldı
12.10.2011 - 10:36
Türkiyə yığmasının qapıçısı Sinan Bolat üçün Avro-2012-in seçmə mərhələsində Azərbaycan millisi ilə ev oyunu əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, Belçikanın “Standard” klubunun qapıçısı “ay-ulduzlular”ın heyətində rəsmi debütünü reallaşdırdı. Sinan yığmanın əsas qapıçısı olan Volkan Dəmirəlin zədə üzündən yoxluğunda qapını toxunulmaz qorudu. O, 2 ay öncə də “Türk Telekom Arena”da - avqustun 10-da Estoniya ilə oyunda ilk dəfə Türkiyə yığmasının formasında meydana çıxsa da, bu, yoldaşlıq görüşü idi.
Ancaq baş məşqçi Qus Hiddink Bolatdan fərqli Ömər Toprakın debütünə imkan vermədi. Yığma seçimini Türkiyə xeyrinə edən və bununla bağlı FİFA-nın rəsmi razılığını alan “Bayer”in yarımmüdafiəçisi adı millimizin oyunda 18 nəfərlik iştirak ərizəsinə daxil edilsə də, sona kimi ehtiyatda qaldı.

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0