Starkov Latviya yığmasından məğlub ayrıldı
12.10.2011 - 11:36
Aleksandr Starkov Latviya milli komandasının baş məşqçisi kimi Avro-2012-in seçmə mərhələsini məğlubiyyətlə başa vurdu. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Xorvatiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları oyunda yalnız “Bakı” klubunda da rəhbərliyi altında oynadığı müdafiəçi Denis İvanovu start heyətində meydana buraxıb. O, görüşü əvəzedilmədən keçirdiyi halda, “Simurq”un yarımmüdafiəçisi Andrey Rubin 88-ci dəqiqədə meydana daxil olub. “Qəbələ”nin qapıçısı Pavel Doroşev ehtiyatda qalıb. “Bakı”nın hücumçusu Marisu Verpakovskis cəza üzündən bu oyunu buraxmalı oldu.
Qeyd edək ki, Starkovun Latviya Futbol Federasiyası ilə müqaviləsi cari seçmə mərhələnin sonuna kimi olduğundan, bu, onun uzun illərdir çalışdırdığı, 2004-cü ildə final mərhələsinə çıxardığı yığmada sonuncu rəsmi oyunu olmalıdır. Onun bundan sonra bütün diqqətini “Bakı”ya yönəldəcəyi gözlənilir.

0
0