Azərbaycan yığması ABŞ-da 1-ci oldu
12.10.2011 - 11:32
Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov ABŞ-da keçirilən beynəlxalq turnirin qalibi olub. Apasport.az saytının məlumatına görə, karyerasını bitirən 39 yaşlı keçmiş hücumçumuzun yer aldığı yığma komandamız Nyu-Yorkda veteran futbolçular arasında yarışın 8 iştirakçısı arasında 1-ci olub. Burada biz və meydan sahibi amerikalılarla yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Özbəkistan və Qazaxıstan komandaları turnirdə çıxış edib.
İlk oyundan qalib olmaq iddiasını göstərən təmsilçimiz qrupda 1-ci yeri tutub və yarımfinalda gürcüləri 3:2 hesabı ilə qalib gəlib. Finalda isə Özbəkistanla oyunumuzun əsas və əlavə vaxtında qalibi müəyyənləşməyib – 1:1. Oyun sonrası penaltilər seriyasında bizimkilər daha dəqiq olublar – 5:4.
Elşən turnirin ən yaxşı futbolçusu və 10 qolla bombardiri olub. Ən gözəl qolun müəllifi ilə bağlı mükafata onun komanda yoldaşı Əmir Əliyev layiq görülüb. Komandamızın baş məşqçisi isə tanınmış veteran futbolçumuz Arif Zərbailov olub. O, şərəfinə keçirilən turnirdə ilk qolun müəllifi kimi mükafat alıb.
Bu il 50 illik yubileyini qeyd edən Zərbailov 1994-cü ildən ABŞ-ın Nyu-York şəhərində yaşayır. 1990-cı ildə SSRİ-nin idman ustası adına alan həmyerlimiz futbolçu karyerası boyu (1979—1991-ci illərdə) rəsmi oyunlarda 282 qol vurub. “Neftçi”nin keçmiş hücumçusu SSRİ çempionatının II liqasında 237 dəfə fərqlənib və 5 dəfə bombardir olub.
Qeyd edək ki, Elşən 2 il karyerasını bitirdikdən sonra Nyu-Yorkda yaşayır və orada fəaliyyət göstərən “Çernomorets” futbol klubunun baş məşqçisidir. Uşaq futbolunda çalışan həmyerlimiz ABŞ-da veteranlar arasında müxtəlif turnirlərdə çıxış edir.
Mehman SÜLEYMANOV

0
0